Yaxın Şərq
SEPAH vəd verdi: Oranı cəhənnəmə çevirəcəyik
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Aerokosmik Qüvvələrinin komandanı Seyid Məcid Musəvi Hörmüz boğazında təhlükə yaratmağın cavabsız qalmayacağı barədə xəbərdarlıq edib.
Publika.az xəbər verir ki, İranın “Tasnim” xəbər agentliyi Musəvinin sözlərini sitat gətirib:
"Müqəddəs Hörmüz boğazını təhlükəli edirsiniz?! Biz bölgəni sizin üçün cəhənnəmə çevirəcəyik".
Komandan əlavə edib ki, İranın hərəkətləri "Amerikanın bölgədəki həyasızlığına" cavab olacaq.
Agentlik həmçinin Trampın İranı "bombalamaq" təhdidlərinə cavab olaraq adı açıqlanmayan bir mənbəyə istinadən bildirib: "Amerikanın hər bir təcavüzü qətiyyətli hərbi cavabla qarşılanacaq və biz siyasi şantajlara dözməyəcəyik".
ABŞ prezidenti Donald Tramp bir müddət əvvəl bildirib ki, İran Vaşinqtonla razılığa gəlməsə, daha güclü Amerika zərbələri ilə üzləşəcək.
Cümə axşamı gecəsi ABŞ ordusu İslam Respublikasına daha bir hücum təşkil etdib.
İran mediasının məlumatına görə, ölkənin altı rayonunda güclü partlayışlar baş verib.
İran Silahlı Qüvvələrinin Mərkəzi Qərargahı və İslam İnqilabı Keşikçiləri Korpusu Hörmüz boğazının bütün gəmilər üçün bağlandığını elan edib.
Müəllif: Tural
-
Qoroskop00:15Günün ULDUZ FALI: Sevdiyiniz insan evə sürprizlə gələ bilər
-
İdman17 Oktyabr 23:48Azərbaycan Dünya Çempionatına hazırlaşır - VİDEO
-
Art17 Oktyabr 23:36“Artıq müharibəyə aid dünyaya çıxaracağımız film var!” - VİDEO
-
Ekologiya17 Oktyabr 22:48Bu şəhərdə 103 illik temperatur rekordu qırıldı
-
Magazin117 Oktyabr 22:00Şəxsi brendi üçün açıq-saçıq pozalar verdi - FOTO
-
Magazin217 Oktyabr 19:00“Görürsən, başıma nə oyun açdın?” - Əfsanəvi "Star Trek"in ulduzu vəfat etdi
-
ABŞ17 Oktyabr 17:26Ev deyil, cəhənnəm: 9 uşağı ac-susuz qəfəsə salan ər-arvad həbs olundu - Foto
-
İnanc17 Oktyabr 16:20Xərçəngdən əməliyyat olunan Papa dua oxuyacaq





































