İdman
Dünya çempionatının açılışında BƏDBƏXT HADİSƏ
Meksika və CAR yığmaları arasında keçirilən dünya çempionatının açılış oyunundan bir neçə dəqiqə əvvəl "Asteka" stadionu yaxınlığında huşunu itirən azarkeş dünyasını dəyişib.
Publika.az xəbər verir ki, bu barədə jurnalist Patrisiya Estrada "X" sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.
İlkin məlumatlara görə, azarkeşin halı stadion ətrafındakı istidən pisləşib. Həkimlər dərhal ona ürək-ağciyər reanimasiyası göstərərək xəstəxanaya çatdırıblar. 40 yaşlı kişidə ürəktutması baş verib və o, sonradan vəfat edib.
Dünya çempionatının açılış matçında ev sahibi Meksika yığması CAR komandasını 2:0 hesabı ilə məğlub edib. Oyunda qolları 9-cu dəqiqədə Xulian Kinyones və 67-ci dəqiqədə Raul Ximenes vurublar.
Görüşdə üç qırmızı vərəqə göstərilib: CAR-dan Yaya Sitxole (49-cu dəqiqə) və Txemba Zvane (84-cü dəqiqə), həmçinin Moskvanın "Lokomotiv" klubunun meksikalı oyunçusu Sesar Montes (90+2-ci dəqiqə) meydandan qovulublar.
Hüseyn İbadlı
-
Cənubi Qafqaz22:18Ermənistanda fermerlər magistral yolu bağladı - Video
-
Hadisə21:39Qazaxda göldə boğularaq ölən ata və qızın fotosu
-
Elm və təhsil20:48DİM sədrindən ixtisaslaşma seçimi ilə bağlı xəbərdarlıq - Bunu etmək olmaz
-
Avropa19:50Yeni Baş nazir işə başlayan kimi Trampa zəng etdi
-
Sosial18:30Özəlləşdirmə çeklərinə görə kompensasiya ödənilməsinə başlanılıb? - Rəsmi açıqlama
-
Magazin215:29Məşhur aparıcıdan Azərbaycanla bağlı paylaşım - VİDEO
-
Yaxın Şərq14:30İran adaları ABŞ-ın quru əməliyyatına hazırlaşır: “İsti” qarşılayacağıq
-
Rəsmi xronika14:02Azərbaycanda yeni qanun hazırlanacaq








.jpg)





.jpg)
.webp)


















