Ekologiya
Elə dolu düşəcək ki... - Alimlərlərdən qorxunc xəbərdarlıq
Alimlər yaxın gələcəkdə dolunun daha dağıdıcı hadisəyə çevriləcəyi barədə xəbərdarlıq ediblər.
Publika.az xəbər verir ki, beynəlxalq alimlər qrupu iqlim dəyişikliyinin yalnız dolunun intensivliyini deyil, həm də coğrafiyasını dəyişdirdiyini aşkar edib.
Alimlərin fikrincə, avtomobillərə, evlərin damlarına və günəş panellərinə zərər verə biləcək böyüklükdə dolu dənələri tropik bölgələrdə daha az, mülayim və yüksək enliklərdə isə daha tez-tez yağacaq.
Tədqiqatın nəticələri "Nature" jurnalında dərc edilib.
Tədqiqata görə, emissiya ssenarisindən asılı olaraq, 21-ci əsrin sonuna qədər güclü dolu hadisəsi sayı qlobal miqyasda 38-47% artacaq.
Qeyd olunur ki, Şimali Avropa, Kanada, cənub-şərqi Avstraliya və Yeni Zelandiyanın Cənubi Adası - bu tip təbii fəlakətlərdən qorunmaq üçün infrastrukturu kifayət qədər inkişaf etməmiş olan bölgələr üçün risk əhəmiyyətli dərəcədə artacaq.
Müəlliflərin proqnozlarına görə, infrastruktur yeni reallığa uyğunlaşdırılmadığı təqdirdə, dolu səbəbilə qlobal illik itkilər 2100-cü ilə qədər iki-üç dəfə artacaq.
Tədqiqatçılar daşqın və quraqlıq risklərinin idarə edilməsi ilə yanaşı, dolu monitorinqini də milli iqlim uyğunlaşma strategiyalarına daxil etməyi tövsiyə edirlər.
Həssas mülkləri qorumaq üçün doluya davamlı səkilər və hadisədən 30-60 dəqiqə əvvəl lokal xəbərdarlıqlar verə bilən yeni nəsil erkən xəbərdarlıq sistemləri hazırlana bilər.
Müəlliflər vurğulayırlar ki, əksər ölkələrdə mövcud sığorta modelləri və tikinti normaları artıq mövcud riskləri əks etdirməyən keçmiş dolu statistikasına əsasən hazırlanıb. Odur ki, damların, nəqliyyat vasitələrinin və günəş panellərinin zərbəyə davamlılığı üçün standartların yenidən baxılması daşqınlardan qorunmaqla yanaşı, iqlim uyğunlaşmasının bir hissəsi olmalıdır.
Ləman
-
Qoroskop01:20Günün ulduz falı: gözlənilməz uğur əldə edəcəksiniz
-
Hadisə16 Sentyabr 23:00Azərbaycanda zəlzələ oldu
-
İdman16 Sentyabr 21:51Sensasion iddia: Ronaldo “Əl-Nəsr”dən ayrılır
-
Ekopublika.az16 Sentyabr 21:00Manatın məzənnəsi ilə bağlı rəsmi açıqlama: Gələn il...
-
Elm və təhsil16 Sentyabr 19:40Tələbələri təhdid edən oğlan universitetdən qovuldu
-
Ekopublika.az16 Sentyabr 18:401,5 milyona mənzil, 7 min manatlıq kirayə ev - Bakıda şok qiymətlər
-
Rəsmi xronika16 Sentyabr 17:48Prezident açılışdan sonra sükan arxasına keçdi - VİDEO
-
Rəsmi xronika16 Sentyabr 16:08Prezidentdən Ülvi Quliyevlə bağlı sərəncam


































.jpg)

