İsrail Qəzzaya üç mövqedən hücum etdi və... – Video
Bizi izləyin

Dünya

İsrail Qəzzaya üç mövqedən hücum etdi və... – Video

Qəzzaya üç mövqedən daxil olmağa çalışan İsrail xüsusi təyinatlıları toqquşma nəticəsində geri çəkilmək məcburiyyətində qalıb.

Pubika.az xəbər verir ki, Həmasın verdiyi açıqlamaya görə, İsrail xüsusi təyinatlıları üç mövqedən Qəzzaya girməyə çalışıb. Lakin Həmasın silahlı qolu olan İzəddin Əl-Kassam Tuqayları və fələstinli qruplaşmalarla girdikləri şiddətli toqquşma nəticəsində geri çəkilmək məcburiyyətində qalıb.

İzəddin Əl-Kassam Tuqaylarından verilən yazılı açıqlamaya görə, Rifah sərhəd məntəqəsinin şərqində yerləşən Hasinat bölgəsinə girməyə çalışan İsrail xüsusi təyinatlıları ilə mücahidlər üzbəüz atışıblar. Mücahidlər İsrail qüvvələrinə ciddi zərbə vurduqdan sonra ordu geri çəkilib.

Açıqlamada həmçinin Qəzzanın şimalında yerləşən Beyt Xanun vilayətindəki bir məktəbi ələ keçirməyə çalışan İsrail xüsusi təyinatlılarının da şiddətli toqquşma nəticəsində geri çəkilmək məcburiyyətində qaldığı bildirilib. Bu arada Qəzzanın cənubundakı Xan Yunis vilayətinə keçməyə çalışan İsrail qüvvələri orada da ciddi dirənişlə qarşılaşıb və geri oturdulub.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm