Çin bu şəhərdə karantin rejimi tətbiq etdi
Bizi izləyin

Dünya

Çin bu şəhərdə karantin rejimi tətbiq etdi

Çin hakimiyyəti ölkənin şimal-şərqində, Rusiya ilə sərhədində yerləşən Çzilin əyalətində karantin rejimi tətbiq edib.

Publika.az TASS-a istinadla xəbər verir ki, bölgədə koronavirusa 34 yeni yoluxma halı aşkarlandığı üçün belə qərar verilib.

Qeyd olunub ki, bazar ertəsi günorta saatlarından etibarən ən çox yoluxmanın qeydə alındığı, 700 min nəfər əhalisi olan Şulan əyalətində ciddi məhdudlaşdırıcı tədbirləri yenidən gücləndirilib.

Bildirək ki, bir neçə həftə öncə koronavirusun yayıldığı Uhan şəhərində karantin rejimi ləğv edilmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm