Dünya
Obama, Merkel və Kameron Moskvaya qarşı birləşdilər
Rusiya prezidenti Barak Obama, Almaniya kansleri və İngiltərə baş naziri Devid Kameron Rusiyaya qarşı yeni sanksiyaları müzakirə edib.
Publika.az-ın “Röyters” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, liderlər Ukrayna böhranının diplomatik həllinin axtarışı üzrə səylərini davam etdirməyə razılaşıblar.
“Onlar vurğuladılar ki, Rusiya Ukraynanın şərqində separatçıların silahlandırılması və digər dəstəyə görə məsuliyyət daşıyır”, - agentlik Ağ Evin mətbuat xidmətinə istinadən bildirib. Məlumata görə, Obama və Kameron Rusiyaya qarşı bundan sonrakı addımların atılmasına ehtiyac olduğunu dilə gətiriblər.
Xatırladaq ki, üç gün əvvəl Rusiyanın öndə gedən bankları, enerji və silah şirkətləri ABŞ-ın “qara siyahı”sına salınıb. Sanksiyaları ABŞ prezidenti Barak Obamanın özü açıqlayıb. Siyahıda Rusiyanın ən böyük neft istehsalçısı “Rosneft”, ikinci ən böyük qaz istehsalçısı “Novatek və Rusiyanın enerji nəhəngi “Qazprom”un bankı olan “Qazprombank” var. Qeyd edək ki, “Qazprombank” Rusiyanın üçüncü böyük bankıdır. “Vneşekenombank” da Vaşinqtonun qəzəbinə tuş gəlib.
Məlumata görə, yeni sanksiyalar Avropa İttifaqına üzv ölkələrlə də koordinasiya edilib. Avropa Sərmayə Bankı tərəfindən Rusiyanın ictimai sektor proyektlərinə maliyyənin verilməsi dayandırılacaq.
Rusiya Xarici İşlər Nazirliyi sanksiyaların “primitiv bir qisas” olaraq qiymətləndirib. Rusiya baş naziri Dmitri Medvedev hesab edir ki, ABŞ-ın sanksiyaları antiamerika əhvali-ruhiyyəsinin artmasına gətirib çıxaracaq və Rusiya cəmiyyətinin birləşməsinə imkan yaradacaq.
Ömər Dağlı
-
ABŞ04:14
Daha bir ölkədə TƏYYARƏ QƏZASI: 15 nəfər...
-
Hadisə03:43
Azərbaycanda müəmmalı ölüm: mərhumun həyat yoldaşı hər şeyi danışdı - VİDEO
-
Sosial00:45
Polad Həşimovun anası Hökümənin həyat yoldaşı ilə görüşdü - VİDEO
-
Səhiyyə00:30
Əhali arasında yayılan virus çox təhlükəlidir - ÖLÜM RİSKİ VAR / VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Romantik münasibətləriniz güclənə bilər
-
Mistika2 Yanvar 23:24
"Yeni Nostradamus"dan proqnozlar - 2025-ci ildə nələr baş verəcək?
-
Dəb2 Yanvar 22:48
Məşhur moda brendinin yaradıcı VƏFAT ETDİ - FOTO
-
Magazin12 Yanvar 22:24
Tolik MTV-dən getdi