Koronavirus qurbanlarının sayı 570 mini keçdi - ÜST
Bizi izləyin

Dünya

Koronavirus qurbanlarının sayı 570 mini keçdi - ÜST

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 196 mindən çox artıb.

Publika.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik hesabatında deyilir.

İyulun 14-i saat 11:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 196 775 nəfər koronavirusa yoluxub, 3 634 nəfər isə dünyasını dəyişib.

Yoluxanların ümumi sayı 12 964 809, ölənlərin isə 570 288 nəfərə çatıb.

Bildirək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm