BMT-dən qalmaqallı açıqlama
Bizi izləyin

Dünya

BMT-dən qalmaqallı açıqlama

BMT-nin baş katibi qalmaqallı açıqlama verib.

ANS PRESS-in məlumatına görə, İsrailin baş naziri Binyamin Netanyahu ilə görüşən BMT-nin baş katibi Pan Gi Mun mətbuat nümayəndələrinin də iştirak etdiyi toplantıda İsrailin özünü müdafiə etmək hüququnun olduğunu vurğulayıb.

O, İsrailin demoktraik ölkə olduğunu xatırladaraq, Fələstin hökumətinin İsraili tanımalı olduğunu dilə gətirib.

"HƏMAS-ın raket hücumlarını kəskin şəkildə qınayırıq. Onlar bu hücumlara dərhal son verməlidir. Baş nazir Netanyahuya dünyasını dəyişənlərə görə başsağlığı vermək istəyirəm. İsrail xalqına başsağlığı diləyirəm" -deyə, Pan Gi Mun çıxışında bildirib.

Netanyahu isə öz növbəsində İsrailin özünü müdafiə etmək üçün nə lazımdırsa edəcəyini və bunun onların birbaşa haqqı olduğunu vurğulayıb.

Qeyd edək ki, BMT-nin baş katibi tərəflərin razılığa gəlməsi üçün görüşlər keçirdiyini, əlindən gələni etdiyini söyləyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm