Çindən ABŞ-a qarşı həmlə: "TikTok"a görə qadağalar müəyyənləşdi
Bizi izləyin

Dünya

Çindən ABŞ-a qarşı həmlə: "TikTok"a görə qadağalar müəyyənləşdi

Çin ABŞ-a qarşı “etibarsız şirkət və şəxslər” siyahısı ilə bağlı tənzimləmələr edib.

Publika.az xəbər verir ki, ABŞ-ın “TikTok” və “WeChat” tətbiqlərinə qadağa qoyulmasına cavab olaraq atılan addım çərçivəsində Çinin milli suverenliyi, təhlükəsizliyi və inkişaf maraqlarını təhlükəyə atan şəxs və şirkətlərin ölkəyə idxalat, ixracatı qadağan olunacaq.

Sözügedən mövqelərin ölkəyə sərmayə qoyması da mümkün olmayacaq.

Siyahıya daxil edilənlərə qarşı görülən qabaqlayıcı tədbirlər arasında cərimələr, Çinə giriş məhdudiyyətləri, iş və ya yaşayış icazələrinin ləğvi var.

Siyahıya hansı şirkət və şəxslərin daxil edildiyi açıqlanmayıb.

Qeyd edək ki, ABŞ “TikTok” və “WeChat” tətbiqlərinin istifadəsinə 20 sentyabrdan qadağa qoyacaq.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm