Dünya
Ərdoğan "Cəsarət" mükafatından imtina etdi
Baş nazir Ərdoğanın mükafatını geri qaytarmaqdan məmnun qalacağıq".
Axar.az xəbər verir ki, Türkiyənin ABŞ-dakı səfiri Sərdar Kılıç Amerika Yəhudi Konqresinin rəhbəri Cak Rosen yazdığı məktubda bu sözləri işlədib. Səfir Ərdoğanın adından "Cəsarət" mükafatını qaytarmağa hazır olduqlarını bəyan edib.
Xatırladaq ki, ABŞ-dakı Amerika Yəhudi Konqresi Türkiyənin Baş naziri Rəcəp Tayyip Ərdoğana 2004-cü ildə verdikləri "Cəsarət" mükafatını geri istəmişdi. Səbəb kimi isə Qəzzaya edilən hücumlara görə Ərdoğanın İsraili tənqid etməsi və onunla bağlı sərt sözlər söyləməsi göstərilirdi.
Konqres bəyan etmişdi ki, Ərdoğan İsraillə bağlı dedikləri ilə artıq dünyada yəhudilərə nifrət edən bir şəxs kimi tanınır və buna görə də həmin mükafatı geri verməlidir.
Qeyd edək ki, Amerika Yəhudi Konqresinin 2004-cü ildə bu mükafatı Ərdoğana verməsinin səbəbi Baş nazirin Fələstin və İsrail arasında sülhü bərqərar etmə və Türkiyədəki yəhudiləri qoruması idi.
-
Digər03:18
27 milyon tonluq asteroid sürətlə Yerə yaxınlaşır
-
ABŞ02:19
ABŞ gözdağı verdi: Minuteman III qitələrarası ballistik raketilə...
-
Magazin101:35
“Kompleksləri onu uçuruma apardı, həkim mədəaltı vəzisini deşmişdi...” - FOTO
-
Qoroskop00:17
Günün qoroskopu: tələyə düşmək riski var
-
Magazin200:01
“Prens”in oğlu oldu - FOTO
-
Hadisə20 Sentyabr 22:12
“Crocus City Hall”da zərərçəkənlərə ödənişlər bu tarixdə veriləcək
-
Ekologiya20 Sentyabr 21:11
Sürücülərə XƏBƏRDARLIQ
-
Magazin220 Sentyabr 20:30
"Türkiyəli milyarderin gəlini" İtaliyada - FOTO