Dünya
Ərdoğan Trampa məktub yazdı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampa məktub ünvanlayıb.
Publik.az "Anadolu" Agentliyinə istinadla xəbər verir ki, bu barədə Prezident Administrasiyası açıqlama yayıb.
Məlumata görə, Ərdoğan Trampa göndərdiyi məktubda seçkilərin “ABŞ-ın dost və müttəfiq xalqı üçün faydalı olmasını” arzulayıb.
“Rəsmi seçki nəticələrinin hansı formada təzahür edəcəyinə baxmayaraq, son dörd illik prezidentlik fəaliyyətinizdə Türkiyə-ABŞ münasibətlərinin ortaq maraqlar və dəyərlərinin inkişafında ortaya qoyduğunuz səmimi və qərarlı görkəm üçün təşəkkür edirəm. Ölkələrimiz arasındakı tarixi dostluq, tərəfdaşlıq və müttəfiq əlaqələrinin bu güclü zəmin üzərində daha da davam etdirilməsi qarşılıqlı maraqlarımızın bir tələbi olub, önümüzdəki dövrdə də Türkiyə olaraq bu istiqamətdə hər cür səy göstərəcəyimizdən əmin olmağınızı istərdim. Bu münasibətlə hər zamankı isti dostluğunuz üçün bir daha səmimi qəlbdən təşəkkür edirəm, Amerika Birləşmiş Ştatları xalqına sülh və rifah üçün ən səmimi istəklərimi çatdırıram”, - məktubda belə deyilir
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu