Dünya
ABŞ-dan İrana jest
ABŞ İrana qarşı bir sıra sanksiyaların fəaliyyətini
dayandırıb.
ANS PRESS-in məlumatına görə, ABŞ bu addımı Tehranın nüvə proqramı
üzrə "altılıq" (BMT TŞ-nin daimi üzvləri və Almaniya) ilə
danışıqlarda konstruktiv davrandığı üçün atdığını bildirib.
Müvafiq sənədlər ABŞ-ın federal registrində dərc olunub.
İranın neft-kimya məhsullarının alınmasına, xüsusilə İran Milli
Neft Şirkəti və İran Milli Tanker Şirkətindən müvəqqəti qadağa
götürülüb. Qadağa əvvəlki kimi yalnız ABŞ maliyyə nazirliyinin
xüsusi siyahısına daxil edilən ayrı-ayrı şirkətlərə aiddir.
Bundan başqa, amerikalılara İrana ölkənin mülki aviasiya
təyyarələrinin təhlükəsiz uçuşlarının təmin olunması və təmiri üçün
ehtiyat hissələrinin satışına yenidən icazə verilib, xüsusən Iran
Аir ilə sövdələşmək.
Bu zaman sənədlərdə qeyd olunur ki, qəbul edilmiş qərarlar yalnız
2014-cü ilin yanvarın 20-dən noyabrın 24-dək olan dövrə aiddir.
"ABŞ-ın hakimiyyət orqanları və profil müəssisələri öz
səlahiyyətləri daxilində həmin bildirişin həyata keçirilməsi üçün
bütün müvafiq tədbirləri görməlidirlər", - mətndə deyilir.
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı