TÜRKPA Qırğızıstandakı seçkiləri müşahidə edəcək
Bizi izləyin

Dünya

TÜRKPA Qırğızıstandakı seçkiləri müşahidə edəcək

Üzv ölkələrin parlamentariləri və Türkdilli Ölkələrin Parlament Assambleyası Katibliyinin diplomatik heyətindən ibarət TÜRKPA Beynəlxalq müşahidə missiyası yanvarın 10-da Qırğızıstanda keçiriləcək növbədənkənar prezident seçkiləri və referendumun müşahidəsini gerçəkləşdirəcək.

Qurumdan Publika.az-a verilən məlumata görə, müşahidə proqramı çərçivəsində Missiyanın bir neçə dövlət rəsmiləri və namizədlərlə, eləcə də MDB PA, ATƏT PA və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları üzrə Bürosunun Beynəlxalq Müşahidəçi Missiyaları ilə görüşlərinin keçirilməsi gözlənilir.

Seçki günü TÜRKPA missiyası səsvermə prosesini yerində izləmək üçün Bişkekdəki seçki məntəqələrini ziyarət edəcək.

Yanvarın 11-də Missiya müşahidənin ilkin nəticələrinə dair mətbuat konfransı keçirəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm