Dünya
Kremlin gerçəkləşən qorxusu: Rasmussen Kiyevə nə üçün gəlir?
Şimali Atlantika İttifaqının (NATO) baş katibi Anders
Foq Rasmessen 7 avqustda Ukraynaya qısamüddətli səfər
edəcək.
Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu
barədə NATO-nun Ukraynadakı missiyanın başçısı İqor Dolqov
bildirib.
O, səfərin NATO sammiti ərəfəsində ərəfəsində edildiyinə diqqət
çəkib. Hərbi alyansın qarşıdakı sammiti 4-5 sentyabr tarixlərində
Uelsdə keiriləcək. Sammit çərçivəsində Ukrayna-NATO birgə
komissiyasının iclası planlaşdırılıb.
“NATO baş katibi Kiyev səfərində Ukrayna rəhbərliyi ilə
görüşəcək və fikir mübadiləsi aparılacaq ki, biz sammitə nə ilə
gedirik. Səfərdə Ukraynanın aktual problemləri və Ukrayna-NATO
əməkdaşlığının perspektivləri haqqında NATO baş katibinin
fikirlərinə eşitmək imkanına malik olacağıq”, - Dolqov qeyd
edib.
O, Rasmussenin səfərinin bir neçə saat davam edəcəyini
vurğulayıb.
Xatırladaq ki, NATO-nun baş katibi Krımın Rusiyaya
birləşdirilməsindən sonra verdiyi bir açıqlamada ümid etdiyini
bildirib ki, Uels sammitində NATO-nun “açıq qapı” siyasətinin
həyata keçirilməsi istiqamətində əhəmiyyətli qərarlar qəbul
ediləcək.
Rusiya isə NATO-nun onun sərhədlərinə yaxınlaşma perspektivini
qəbuledilməz hesab edir. Rusiya xarici işlər naziri Sergey Lavrov
da yaxın vaxtlarda ittifaqın genişlənməsini “soyuq müharibə
dövrünün başlanması" kimi dəyərləndirib.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR