Ölkədə ard-arda dəhşətli zəlzələlər oldu - YENİLƏNDİ
Bizi izləyin

Dünya

Ölkədə ard-arda dəhşətli zəlzələlər oldu - YENİLƏNDİ

"Röyters" xəbər verir ki, Yeni Zelandiyanın şimal-şərqində cümə günü bir neçə dənizaltı zəlzələ olub.

Ölkənin Şimal adasındakı sunami ciddi ziyan vurmadan keçib. Səlahiyyətli şəxslər zəlzələdən sonra dalğaların hündürlüyünün 3 metrə çata biləcəyi barədə xəbərdarlıq edib.

8,1 ballıq güclü zəlzələdən sonra yerli vaxtla günorta saatlarında 7,2 bal, daha sonra isə 7,4 bal gücündə yeraltı təkanlar qeydə alınıb.

Sakinlər sahil şəhərlərindən yüksək hündürlüklərə təxliyə olunub.

****

00:31

Yeni Zelandiyada güclü zəlzələ baş verib.

Publika.az "TRT Haber"ə istinadla xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Bildirilib ki, Kermadec adalarında baş verən təkanlar Rixter şkalası ilə 7.9 bal gücündə olub.

Dağıntı və təlafatla bağlı məlumat verilmir.

Zümrüd, Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm