Dünya
Bata şəhərində dörd güclü partlayış - 20 nəfər ÖLDÜ
Ekvatorial Qvineyanın şimal-qərbindəki Bata şəhərində dörd güclü partlayış olub.
Publika.az TASS-a istinadən verdiyi məlumata görə, hadisə nəticəsində ən az 20 nəfər ölüb, 300 nəfərdən çoxu yaralanıb. Bununla yanaşı, çox sayda insan itkin düşmüş kimi siyahıya alınıb.
Partlayışların səbəbi hələ bəlli deyil və episentrlərinin hərbi obyektin, xüsusi təyinatlıların kazarmalarının ərazisində olduğu bildirilib.
Şahidlər ilk üç partlayışın dünən yerli vaxtla saat 15:00 (18:00 GMT+4) radələrində demək olar ki, eyni vaxtda baş verdiyini deyiblər, iki saat sonra isə dördüncü partlayış olub.
Xatırladaq ki, Bata Ekvatorial Qvineyanın iqtisadi paytaxtı və əhali sayına görə ölkənin ən böyük şəhəridir.
-
Hadisə17:06Davada qətli törədənlərin kimliyi bilindi - Video
-
Magazin116:08Əməkdar artistə vəzifə verildi
-
Magazin214:00Məşhur qrup liderinin həyat yoldaşı axtarışa verildi - Foto
-
Ekologiya13:04Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
İdman12:25Bakı daha bir mötəbər turnirə ev sahibliyi edir
-
ABŞ09:00ABŞ-dən İrana zərbə siqnalı: Bu həftəsonu hər şey dəyişə bilər
-
ABŞ06:46Pentaqondan daha bir UNO hesabatı: Sirli obyektin detalları açıqlandı
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!



































