Stoltenberq: "Ukrayna və Gürcüstanın NATO-ya nə zaman üzv olacağı məlum deyil"
Bizi izləyin

Dünya

Stoltenberq: "Ukrayna və Gürcüstanın NATO-ya nə zaman üzv olacağı məlum deyil"

"2008-ci ildə NATO-nun Buxarest sammitində Ukrayna və Gürcüstanın alyansa üzv olacağını elan etdik. Lakin vaxtını təyin etmədik".

Publika.az xəbər verir ki, bunun təşkilatın Baş katibi Yens Stoltenberq deyib.

“İndi Ukrayna və Gürcüstanın üzvlüyə yaxınlaşmasına kömək edirik. Onlara təhlükəsizlik islahatları aparmasına, silahlı qüvvələr üzərində demokratik nəzarəti gücləndirməsinə, tədricən NATO standartlarına və ittifaqa üzvlüyünə yaxınlaşmasına kömək edirik”.

Onun sözlərinə görə, NATO-ya üzv olmaq barədə qərar konsensusla qəbul edilir:

“Bütün müttəfiqlər bununla razılaşmalıdırlar. Buna görə müttəfiqlərin Ukrayna və Gürcüstanın ittifaqa daxil olmağa tam hazır olduqlarını düşünəcəkləri vaxtı deyə bilmərəm”, - deyə Yens Stoltenberq əlavə edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm