Dünya
Qondarma xəlifə meydan oxudu
İraq Şam İslam Dövləti” (İŞİD) terror qruplaşmasının lideri, bir
müddət əvvəl xəlifəliyini elan etmiş Əbu Bəkr əl Bağdadi ABŞ-a
meydan oxudu.
ANS PRESS-in xəbərinə görə, ABŞ hərbi aviasiyasının İŞİD
hədəflərini bomardıman etməsindən sonra sosial şəbəkədə əl
Bağdadiyə aid audio yazı yayılıb.
Terrorçu lider “Xaç daşıyıcıları” – deyə müraciət etdiyi ABŞ-a
meydan oxuyur.
“Bu mesajım Amerikaya, xristianların xaç daşıyıcılarınadır. Məni
dinləyin. Sizin adınıza döyüşənlər sizə İraqda və Suriyada heç nə
qazandırmayacaq. Çox yaxında özünüzü birbaşa “İslamın oğullarının”
qarşısında görəcəksiniz. Onlar sizinlə döyüşmək üçün çox yaxşı
hazırlaşıblar”.
Xatırladaq ki, 2 gün əvvəl əvvəl ABŞ prezidenti Barak Obama bəyanat
verərək, "Əgər onlar ölkədə Amerika maraqlarını hədələyəcəklərsə,
İraqda radikal islamçı silahlılara qarşı hava zərbələri
endiriləcək" demişdi. Ötən gün isə ABŞ Hərbi Hava Qüvvələri İraqın
şimalında Ərbil şəhərində İŞİD qruplaşmasının mövqelərini
bombalayıb.
-
Sosial19:15
Cəsarət Valehova yeni vəzifə verildi? - YENİLƏNDİ
-
Ekologiya18:45
Hava ilə bağlı XƏBƏRDARLIQ
-
Nida Xəbər 18:15
Ermənistanla sərhəddə 40 dirək quraşdırıldı
-
Sosial17:38
Bakı dünyanın İdman Paytaxtı seçildi
-
İdman16:48
Qazaxıstanlı milyarder İngiltərədə klub aldı
-
Region15:59
Nazir müavininin oğluna 7 il həbs cəzası verildi
-
Hadisə14:33
Azərbaycanlı vəkil həbs edildi
-
Nida Xəbər 13:43
Axırda Köçəryanı, Sarkisyanı göstərəcəklər: Simonyan sərhəddəki aksiyanı ələ saldı