Dünya
İŞİD-in hədəfində olan yezidilər kimdir?
Şam İslam Dövlətinin hədəfində olan iraqlı yezidilər
dünya mətbuatının gündəmindədir. İnanclarına görə, İŞİD-in
hücumlarına məruz qalan yezidilər dünyaya sübut etmək istəyirlər
ki, Həzrəti Məhəmmədin (s.ə.s) nəvəsi həzrəti Hüseynin və onunla
birlikdə 72 nəfərin Kərbəlada öldürülməsi əmrini verən Əməvi
sultanı Yezidlə heç bir əlaqələri yoxdur.
Tarixi və dini mənbələrdə yer alan məlumatlara görə, bəzi
tarixçilər Yezidilərin inanclarının formalaşmasını sultan Yezid bin
Müaviyə ilə bağlayırlar. Bəzilər isə iddia edir ki, iraqlı
yezidilər özlərini Yezid bin Müaviyənin davamçıları hesab
edirlər.
Lakin yezidilər bu iddiaları rədd edirlər. Onlar bildirirlər ki,
rəhbər kimi qəbul etdikləri Yezid bin Ezidiyan ilə Əməvi sultanı
Yezid bin Müaviyənin sadəcə adları bir-birinə bənzəyir. Yezidilər
Müaviyənin oğlu Yezidin izi ilə getmədiklərini, özlərini “Allaha
peyğəmbərsiz inanan xalq” mənasını verən “Ezdai” adlı xalq
olduqlarını bəyan edirlər.
Yezidilikdə İblis adlı mələyin müqəddəs və yaxşı niyyətli mələk
olduğuna inanılır. Onlar özlərini “Tanrı tərəfindən seçilmiş xalq”
adlandırırlar və əksəriyyəti Şeyx Adiyə vəhy gəldiyinə inanır.
Yezidilər şeytanı Allahın yer üzünə yaxşı və pisi insanlara
göstərmək üçün göndərdiyi mələk kimi qəbul edirlər. Onlara görə
şeytan mələklərin ən alisidir.
Yezidiliyin əsasının kim tərəfindən qoyulduğu bilinmir. Lakin
rəvayət edilir ki, livanlı Şeyx Adi bin Müsafir bu təriqətin
əsasını qoyub. Şeyx Adinin Bağdadda məşhur islam alimi İmam
Qəzzalinin tələbəsi olduğu bildirilir.
Yezidilər səhər, günorta və axşam gündə 3 dəfə dua edirlər. Bundan
başqa hər il aprel ayının ikinci həftəsində başlayan “Qırmızı
çərşənbə” bayramından əvvəl 3 gün oruc tuturlar.
Yezidilikdə başqa dinə keçmək böyük günah və başqa dinin
nümayəndəsi ilə ailə qurmaq qadağandır. Dünyada yezidilərinin
sayının 800-minə yaxın olduğu bildirilir. Onların isə böyük hissəsi
Şimali İraqda yaşayır. /anspress/
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR