Dünya
"Ərdoğan 2-ci Putin ola bilər"
"Parlamentdə deyil, ilk dəfə xalqın birbaşa səsverməsi ilə ölkə
prezidenti seçilən Ərdogan 2003-cü ildən bəri baş nazir olduğu
vaxtda milyonlarla adam kasıblıqdan azad olub".
Publika.az-ın məlumatına görə, bu haqda Times qəzeti yazıb.
"Pulsuz səhiyyə xidməti təklif edən yeni xəstəxanalar tikilib.
2010-cu ildə iqtisadi artım hətta 9 faizə çatmışdı. Ərdogan ordunu
yerinə oturtdu, birinci dövlət xadimi oldu ki, kürd azlığı ilə
danışıqlar apardı", - deyə qəzet əlavə edib.
Bütün bunlar onu deməyə əsas verir ki, Türkiyə ərəb dünyası üçün
modelə çevrilir.
Times qəzeti vurğulayır ki, "Ancaq narahatlıq keçmişlə yox,
gələcəklə bağlıdır. Ərdogan hansı istiqamətdə gedəcək? O, birbaşa
seçki ilə seçildiyinə görə, hakimiyyət səlahiyyətlərini
genişləndirməyə başlayacaq. Ərdoganın getdikcə avtoritarlaşan
davranışı əminliyə təminat vermir".
Qəzet yazır ki, Ərdogan putinizmə yuvarlana bilər: "Ərdogan
Putinsayağı prezidentə çevrilə bilər. İkinci Putinsiz də Yaxın
Şərqin problemləri başından aşır. Dünyaya da ikinci Putin lazım
deyil. Bir çoxlarının fikrincə, dünyada bir Putin də artıq
çoxdur".
Azadlıq Radiosu
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu