Baş nazirin evi qarşısında partlayış
Bizi izləyin

Dünya

Baş nazirin evi qarşısında partlayış

Bağdadda İraqın yeni təyin olunan baş naziri Heydər əl-Abadinin evinin yaxınlığında partlayış baş verib.

ANS PRESS-in məlumatına görə, hələ ki, ölən və yaralananlar barədə xəbər yoxdu.

“İntiharçı-terrorist (yeni təyin olunan) baş nazirin evinə gedən yoxlama nöqtəsində özünü partladıb”- deyə yerli hüquq mühafizə orqanlarının nümayəndəsi bəyan edib. O terror aktı nəticəsində neçə nəfərin ölə biləcəyi barədə məlumat verməyib.

Qeyd edək ki, keçən bazar ertəsi İraq prezidenti ölkə parlamentinin böyük şiə birləşməsi olan “Milli Alyansda” Heydər əl-Abadi ətrafında yeni hökümətin qurulması təlimatını verib. Lakin fəaliyyətdə olan baş-nazir Nuri əl-Maliki qərarla razılaşmayaraq, məhkəmə yolu ilə məsələyə aydınlıq gətirmək niyyətində olduğunu bildirib. əl-Abadinin təyinatını artıq ABŞ, Aİ, İran, Səudiyyə Ərəbistanı və ərəb ölkələri Liqası dəstəkləyiblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm