Türkiyədə fəlakət qurbanlarının sayı 62-yə çatdı - YENİLƏNDİ
Bizi izləyin

Dünya

Türkiyədə fəlakət qurbanlarının sayı 62-yə çatdı - YENİLƏNDİ

Türkiyənin Qaradəniz bölgəsində sel fəlakəti nəticəsində ölənlərin sayı 62 nəfərə çatıb.

Publika.az xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin Fəlakət və Fövqəladə Hallar Departamentindən (AFAD) bildirilib.

Ölənlərin 52-si Kastamonu, doqquzu Sinop, biri isə Bartın sakinidir.

Hazırda Kastamonuda 4526, Sinopda 2492 və Bartında isə 1067 nəfər olmaqla səkkiz mindən artıq canlı qüvvə və çox sayda ağır texnika axtarış-xilasetmə, eləcə də təmizlik və bərpa işlərində iştirak edir.

xxx

14:58

Türkiyədə sel fəlakəti nəticəsində həyatını itirənlərin sayı artıb.

Publika.az xəbər verir ki, bu barədə Təbii Fəlakət və Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb. Bildirilib ki, faciə qurbanlarının sayı 59 nəfərə çatıb. Məlumata görə, Kastamonuda 49, Sinopda 9, Bartında 1 nəfər həyatını itirib, 8 nəfərin xəstəxanalarda müalicəsi davam edir.

xxx

10:27

3 gün əvvəl Türkiyənin Qərbi Qara dəniz bölgəsində baş vermiş sel fəlakətindən ölənlərin sayı 58 nəfərə çatıb.

Publika.az xəbər verir ki, fəlakət bölgəsində olan ölkənin Daxili İşlər naziri Süleyman Soylu bildirib ki, Kastamonuda 48, Sinopta 9, Bartında isə 1 nəfərin meyiti tapılıb. Meyitlərdən 15-nin kimə məxsus olması hələlik müəyyənləşməyib.

Həmçinin güclü sel nəticəsində itkin düşən 77 nəfərin axtarışı davam etdirilir. Onlardan 62-si Kastamonu, digər 15 nəfər isə Sinopda itkin düşüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm