Dünya
Ermənilər gürcülərə qarşı çıxdı (FOTO)
Axalkalaki şəhərində yerləşən gürcü hərbi bazasının
yerləşdirilməsi Gürcüstanın daxili problemlərinin həllinə
hesablanıb, hərçənd adətən ordu xarici problemləri həll
edir.
ANS PRESS-in məlumatına görə, bu haqda Ermənistan mətbuatına
Gürcüstanda qeyd olunmamış "Virk" partiyasının başçısı David
Rstakyan bildirib.
Onun sözlərinə görə, djavax ermənilərinin Gürcüstan hakimiyyətiylə
problemləri var: "Gürcülərin keçmiş Rusiya hərbi bazasını əvəz
etməsi təhlükəlidir, bir halda ki, bizim bu gün məhz Gürcüstan
hakimiyyətiylə problemlərimiz var. Gələcək hərbi baza djavax
ermənilərinin işlərinə qarışa bilər. Mən daha onda bildirmişdim ki,
Axalkalaki şəhərində gürcü hərbi bazasının yerləşdirilməsi
yanlışdır", - deyə David Rstakyan vurğulayıb.
Qeyd edək kİ, ordu gələcəkdə Samçxe-Djavaxetiya regionunda
yerləşdiriləcək. David Rstakyanın fikrincə, bu, djavax
ermənilərinin hüquqları nöqteyi-nəzərindən neqativ təsir
göstərəcək: "Bu gün Gürcüstanın Türkiyəylə parlaq münasibətləri
var, erməni-gürcü münasibətləri dost səviyyəsindədir. Sual yaranır:
bu iki dövlətlə qonşuluqda ordunun yerləşdirilməsinin mənası
nədir?", - deyə o qeyd edib.
Xatırladaq ki, əsasən ermənilərin yaşadığı Gürcüstanın
Samsxe-Djavaxetiya regionunda, Axalkalaki şəhərində bir vaxtlar
62-ci Rusiya hərbi bazası yerləşib. İndi orda yeni hərbi baza
tikilir. Gürcüstanın müdafiə naziri İrakli Alasaniya və ölkənin
Silahlı qüvvələrinin Baş qərargahının başçısı general-mayor Vaxtanq
Kapanadze binanın təməlqoyma mərasimində iştirak edib. Tikinti
işləri 2019-cu ilə qurtaracaq".
Hərbi baza nazirliyin məlumatına görə, ən yüksək standartlar üzrə
təchiz ediləcək, Gürcüstanın Silahlı qüvvələrinin yeni əsgərləri
ilk hərbi hazırlığı burada keçəcək, sonra müxtəlif bölmələrə
yenidən paylaşdırılacaq.
-
MDB15:07
Təhlükəsizlik qüvvələri əməliyyat keçirdi: Nazir rüşvət alarkən saxlanıldı
-
Sosial14:11
“Ermənilər Nizami Gəncəvinin başını oğurladılar”
-
Cənubi Qafqaz13:21
Rusiya Ermənistanda çevriliş hazırlayır - Paşinyanın deputatından şok açıqlama
-
Nida Xəbər 13:06
Hərbi qulluqçunun vəzifələri artırılır - Yeni qərar
-
Sosial12:46
Bu işçilərə kompensasiya ödəniləcək
-
Hadisə12:26
Tərtərdə dava zamanı ölən məktəblinin FOTOSU
-
Qarabağ 12:01
Oskanyan separatçılarla görüşdü: Avropada ona Qarabağla bağlı nə deyilib?
-
MDB11:49
“Qara siyahı” yaradılır: Aliment ödəməyənlərin adları açıqlanacaq