Doğum gününə göndərilən hədiyyə paketi PARTLADI: ÖLƏNLƏR VAR
Bizi izləyin

Dünya

Doğum gününə göndərilən hədiyyə paketi PARTLADI: ÖLƏNLƏR VAR

Meksikanın Quanajuato əyalətinə bağlı Salamanca şəhərindəki restoranların birində təşkil edilən doğum günü məclisinə göndərilən hədiyyə paketi partlayıb.

Publika.az xəbər verir ki, bu barədə "Haber 7" məlumat yayıb.

Bildirilib ki, hadisə məclisi təşkil edən restoran sahibinə göndərilən bombalı hədiyyə paketi açılan zaman baş verib.

Paket açılan zaman bomba partlayıb. Nəticədə 2 nəfər ölüb, daha 4-ü ağır yaralanıb.

Hədiyyə qutusuna quraşdırılmış bomba motosikletlə gələn iki nəfər tərəfindən restoran sahibinin otağına təhvil verilib.

Məlumata görə, partlaş zamanı ölənlərdən biri elə restoran sahinin özüdür.

Hücumla əlaqədar araşdırma başladılıb.

Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm