Dünya
Həmasa qarşı güzəşt olmayacaq
İsraildə təhlükəsizlik tam təmin olunmadıqca, Həmasa qarşı heç bir güzəştə getməyəcəyik.
Publika.az-ın məlumatına görə, İsrailin baş naziri Benyamin
Netanyahu Həmas hərəkatı ilə aparılan sülh danışıqlarına dair
şərhində bu cür açıqlama verib. Netanyahu qeyd edib ki, Həmas
silahlılarının döyüşlərdə məğlub olduqları halda, danışıqlar masası
arxasında özlərini qalib kimi göstərməsi yolverilməzdir.
“Əgər Həmas düşünürsə ki, danışıqlarda öz məğlubiyyətini ört-basdır
edəcək, səhv edir. Əgər Həmas ara-sıra raket hücumları ilə bizi
güzəştə getməyə vadar edəcəyini güman edirsə, səhv edir. İsraildə
sülh olmadıqca, Həmas da ağır zərbələr alacaq” - deyə Netanyahu
qeyd edib.
Hazırda İsrail ilə Həmas arasında Misirdə təklif olunan sülh planı
müzakirə olunur. Benyamin Netanyahu danışıqlar zamanı İsraildə
təhlükəsizliyin əsas götürülməsini vacib sayıb. Həmas rəhbərliyi
isə, İsraili fələstinlilərin şərtlərini qəbul etməyə çağırıb. Əks
halda, isə uzunmüddətli müharibə ilə hədələyib. Həmas Qəzza
zolağının blokada vəziyyətindən çıxarılmasını İsrail hökuməti
qarşısında əsas şərt kimi qoyur.
Tərəflər arasına atəşkəs rejimi mövcuddur. Bir müddət əvvəl rəsmi
Təl-Əviv silahların 5 günlük susmasına razılıq vermişdi. Atəşkəs
rejimi bu gün sona çatacaq. Bir aydan çox davam edən döyüşlərdə
1980 fələstinli, 67 israilli ölüb. Qəzza zolağında 425 min insan
evini tərk etmək məcburiyyətində qalıb.
Qəzzalıların İsrail tərəfindən törədilən zorakılıqlara qarşı
etirazları ötən gün də səngimək bilməyib. Rafah şəhərində işğala
qarşı minlərlə Həmas tərəfdarları aksiya keçiriblər. Aksiyada
İsrailin bayrağı yandırılıb.
Euronews
-
Cənubi Qafqaz11:21
Gürcüstanda dövlət çevrilişi hazırlanır - Görün hansı ölkələrin əli var
-
Hadisə10:49
Vəzifəli şəxs cinayət başında yaxalandı
-
Dünya10:15
Türkiyənin gücü Avropanı heyrətləndirdi - Təsiri bu bölgələrə qədər genişlənib
-
Region09:36
Qərbin Gürcüstanla Ermənistandakı etirazlara fərqli münasibəti - Erməniləri məyus edən nədir?
-
Dünya09:12
Putinin Pekin səfəri: Görün sağ və solunda kimlər oturub
-
Nəqliyyat08:40
Bakıda bu yollarda tıxac var - SİYAHI
-
Nəqliyyat07:10
Yanğına görə bağlanan yollar açıldı - YENİLƏNDİ
-
İdman06:49
Makqreqorla döyüşə razılıq verdi: Böyük adam kiçik cücəyə qarşı