Türkiyədən Süleymaniyyə açıqlaması: PKK ilə hərəkət etdiklərini görəndə...
Bizi izləyin

Nəqliyyat

Türkiyədən Süleymaniyyə açıqlaması: PKK ilə hərəkət etdiklərini görəndə...

“Biz Süleymaniyyə ilə açıq danışırıq. Bu bölgə Osmanlı dövründən coğrafi və mədəni varlığımızın bir parçasıdır”.

Publika.az xəbər verir ki, bu sözləri Türkiyənin Xarici işlər naziri Hakan Fidan deyib.

“Biz onlarla (Süleymaniyyə ilə - red.) müzakirələrimizdə dəqiqik. PKK ilə hərəkət etdiklərini görəndə biz də ona uyğun davranmalıyıq. Heç bir şey olmamış kimi prosesi izləməyimiz mümkün deyil. Biz böyük dövlətik, lazım olanı edirik. İraqın nefti və ehtiyatları var, lakin İraq əsas enerji problemlərini, su, səhiyyə və infrastruktur problemlərini həll edə bilmir", - nazir bildirib.

Hakan Fidan terrorun İraqın inkişafına mane olduğunu qeyd edib: “Silahlı qrupların tüğyan etdiyi bir ölkədə bu vəziyyəti yaxşılaşdırmaq mümkün deyil. Biz Ərbil rəhbərliyi ilə, həmçinin Bağdadla birlikdə müzakirə etdiyimiz antiterror yanaşmasını inkişaf etdiririk. Türkiyə böyük ölkədir, son 20 ildə infrastruktur problemini həll edib. Bundan yararlanın. Müharibənin dayandırılması üçün planlaşdırılmış layihələrə getməliyik”.

Qeyd edək ki, dünən Hakan Fidan əvvəlcə ABŞ dövlət katibi Blinken, sonra isə HƏMAS Siyasi Bürosunun rəhbəri Haniyə ilə görüşüb. Həmçinin o, Qətərin baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al Tani ilə də telefon danışığı aparıb. Blinkenlə görüşdə xüsusilə İsrailin atəşkəs təklifini rədd etməsi ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb. Ankaranın HƏMAS-ın yanaşmasını konstruktiv saydığına dair fikirləri yenidən Vaşinqtona çatdırılıb.

Roza Şəfiyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm