• USD 1,7000 0,00% EUR 1,9190 -0,03%
    • GBP 2,2589 +0,40% RUB 0,0229 -0,87%

Koronavirus dalğası PİK NÖQTƏDƏ: Bir gündə minlərlə insan öldü

  • Dünya
  • 10 Noyabr 2021 17:14
  • 696 Baxış
Koronavirus dalğası PİK NÖQTƏDƏ: Bir gündə minlərlə insan öldü

Avropa qitəsi pandemiyanın episentrinə çevrilsə də, Mərkəzi Avropada vəziyyət xüsusilə ağırdır.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, virusun qış ayları ilə birlikdə təsirini ikiqat artırdığı iddia olunur. Slovakiya, Macarıstan və Çexiya kimi ölkələrdə yoluxma sayının rekord qırdığı açıqlanıb. 14 539 yoluxma ilə Çexiya pandemiyanın başlanğıcından bəri ən çox xəstənin bu gün qeydə alındığını elan edib. Bildirilib ki, 462 nəfər reanimasiyadadır.

Macarıstanda da oxşar vəziyyət müşahidə olunur. Ölkədə bu gün yoluxma sayının 8434 olduğu və bu rəqəmin pandemiyanın başlanğıcından bəri ən yüksək səviyyəyə çatdığı bildirilib. Qeyd olunub ki, ölkədə səhiyyə sistemi həyəcan təbili çalmağa başlayıb.

Slovakiya da Mərkəzi Avropa ölkələri arasında yoluxma sayının ən çox olduğu ölkələrdən birinə çevrilib. Burada 7055 yoluxma faktı qeydə alınıb.

Rusiyada koronavirusdan ölənlərin sayı hər gün yeni rekord qırır. Bu gün ölkədə virusdan 1239 nəfərin öldüyü açıqlanıb və bu, pandemiyanın başlanğıcından bəri qeydə alınan ən yüksək ölüm sayı kimi müəyyən edilib. Yeni yoluxma isə 39 160 olub. Rusiya keçən həftə ərzaq mağazaları və apteklərdən başqa bütün iş yerlərini bağlamış və ölkədə 10 günlük karantin elan etmişdi. Lakin nəticələr onu göstərir ki, məhdudiyyətlər işə yaramır.

ALMANİYA VƏ YUNANISTANDA VƏZİYYƏT KRİTİKDİR

Almaniyada son 24 saatda 39 676 yeni yoluxmanın qeydə alınması ilə gündəlik yoluxmalar rekord səviyyəyə çatıb. Ölkədə ümumi yoluxma sayı 4 844 54-ə yüksəlib. Koronavirus son 24 saatda 236 nəfərin ölümünə səbəb olub.

Yunanıstanda pandemiya çərçivəsində son 24 saatda ilk dəfə 8613 yeni yoluxma qeydə alınıb.

Məlumat üçün bildirək ki, Bolqarıstan və Ukraynada da epidemiolji vəziyyət olduqca kritikdir. Ukraynada son 24 saatda koronavirusdan 833 nəfər ölüb. Bolqarıstanda isə ötən gün dördüncü dalğa 334 can alıb.

Aytən Məftun

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR