Dünya
Prezidentin cangüdəni özünü güllələdi
Özbəkistan prezidenti İslam Kərimovun mühafizə xidmətində çalışan snayper-cangüdən başına güllə sıxmaqla həyatına son qoyub.
Virtualaz.org saytı “Rosbalt”a istinadən xəbər verir ki, buna baxmayaraq sözügedən intihar faktı barədə hələ heç bir rəsmi məlumat verilmir.
Orta Asiyanın kursiv.kz portalının yaydığı məlumatda deyilir ki, prezident mühafizəsində çalışan snayper avqustun 19-da səhər tezdən adəti üzrə növbə çəkmək üçün binanın damına qalxıb. Onun vəzifəsi də əvvəlki kimi olub: dövlət başçısının kortejinin Aksaray iqamətgahından son təyinat yerinə qədərki ərazidə təhlükəsiz hərəkətini təmin etmək, əvvəlcədən bəlli olan ərazinin təhlükəsizliyini nəzarətdə saxlamaq.
Mötəbər mənbələrdən sızan xəbərləri tez-tez dərc etməsi ilə tanınan “Uzmetronom” elektron nəşri xəbər verir ki, cangüdənin özünü güllələməsi hadisəsi avqustun 19-da səhər saat 5-ə qalmış Daşkəndin mərkəzindəki Əfrasiyab küçəsi, 13 ünvanındakı 7 mərtəbəli yaşayış binasının texniki mərtəbəsində baş verib. Maraqlıdır ki, həmin bina Özbəkistan prezidenti İslam Kərimovun iqamətgahının lap yaxınlığında yerləşir.
Məlumatda o da deyilir ki, hadisə yerinə Özbəkistan Baş Prokurorluğunun və Daxili İşlər Nazirliyinin müstəntiqləri, həmçinin xüsusi xidmət orqanlarının əməkdaşları gəliblər.
“CA-NEWS” agentliyinin xəbərinə görə, bu, özbək xüsusi xidmət orqanları əməkdaşının özünə qəsd etməsinə dair ilk belə fakt deyil. Fərqanə vilayətində çalışan çekistlərin biri də bir neçə il qabaq xidməti “Makarov” tapançasından özünə atəş açmaqla intihar edib. Daha əvvəl isə Özbəkistan Daxili İşlər Nazirliyinin yüksək rütbəli əməkdaşı özünü güllələyib.
-
İKT09:00
“WhatsApp” yeni funksiya ilə hər kəsi heyrətləndirəcək
-
Avropa08:24
"TikTok" Avropanı QORXUYA SALDI: "Həyəcan təbili yüksək səslə çalınmalıdır"
-
Sağlamlıq06:46
Birdəfəyə nə qədər kabab yemək olar? - Dietoloq LİMİT QOYDU
-
Magazin105:45
Sevinc Balidə belə dincəlir - FOTO
-
Kriminal03:43
Çayxana qan gölünə döndü: Muradova 13 bıçaq zərbəsi vuruldu
-
Sosial02:42
Azərbaycanda sabiq polis oğurladığı əşyaları sevgilisinə satdırırmış - VİDEO
-
Sosial01:11
Cəmiyyət açıq-saçıq geyinənlərə necə baxır?: “Bizə çox şey deyirlər, amma..." - VİDEO
-
Qoroskop00:05
Günün ULDUZ FALI: şəxsi münasibətlərdə problemlər ola bilər