SƏRHƏDDƏ ATIŞMA: "Taliban" İrana məxsus bir neçə keçid məntəqəsini ƏLƏ KEÇİRƏ BİLƏR
Bizi izləyin

Dünya

SƏRHƏDDƏ ATIŞMA: "Taliban" İrana məxsus bir neçə keçid məntəqəsini ƏLƏ KEÇİRƏ BİLƏR

İran sərhədçiləri ilə "Taliban" hərəkatının silahlıları arasında İran-Əfqanıstan sərhədində atışma baş verib.

Publika.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bir müddaət sonra "Etemad" qəzeti qarşılıqlı artileriya zərbələrinin və kiçik çaplı silahlardan başladılan atışmanın dayandırıldığını açıqlayıb.

Qeyd olunur ki, mövcud prosedurlara əsasən, tərəflər insidentlə bağlı təcili iclas keçirməlidir.

Əfqanıstan mətbuatının məlumatına görə, sərhəddə silahlı toqquşmalar yerli vaxtla 17:30 radələrində başlayıb.

Münaqişənin səbəbləri barədə məlumat verilməyib.

"Aamaj News" agentliyinin məlumatına görə, insident nəticəsində İrana məxsus bir neçə keçid məntəqəsi "Taliban"ın nəzarəti altına keçə bilər.

Hüseyn

Oxumağa davam et
Reklam
Reklam

Gündəm