Dünya
Rusiyanın artilleriya bölmələri Ukrayna ərazisinə daxil oldu
Rusiya Ukrayna ərazisinə artilleriya bölmələrini daxil
edərək onlardan Ukrayna hərbçilərinə qarşı istifadə
edir.
Publika.az-ın "Nyu-York Tayms" nəşrinə istinadən verdiyi məlumata
görə, bu barədə NATO-nun mətbuat katibi Oani Lunqesku bildirib.
“NATO avqust ayının ortalarından başlayaraq Ukraynanın şərqinə
Rusiyanın xüsusi təyinatlı və desant bölmələrinin daxil olması
barədə çoxsaylı xəbərlər alır. Biz bundan çox narahatı”, - NATO-nun
mətbuat katibi deyib.
Bundan əvvəl isə NATO-nun baş katibi Anders Foq Rasmussen Ukrayna
hakimiyyətinin razılığı olmadan Ukraynaya humanitar yardım daxil
edən Rusiyanı ittiham edib. O, Rusiya hakimiyyətini bundan sonrakı
provokasiyalardan çəkinməyə çağırıb.
Rasmussen həmçinin bildirib ki, Rusiya Ukrayna ərazisinə atəş
açmaqda, separatçılara silah göndərməkdə və Ukrayna ilə sərhəd
rayonlarında hərbi gücünü artırmaqda davam edir.
Ömər Dağlı
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi