Dünya
Ferquson nümayişləri ABŞ-ı bürüyür
Amerika Birləşmiş Ştatlarının Nyu York şəhərində polis
zorakılıqlarına qarşı etiraz aksiyası keçirilib.
Bir qədər əvvəl Nyu York polisi qanunsuz siqaret satdığı üçün
qaradərili vətəndaşı həbs etməyə çalışmış, şübhəli astma
xəstəliyindən əziyyət çəkdiyi üçün polisin boğma hərəkətinə tab
gətirməyərək ölmüşdü. Hadisə ağdərili polisin əlində baş verib.
Nyu Yorkun Steten Aylend rayonunda baş tutan aksiyaya minlərlə
qaradərili amerikalı qatılıb. Aksiya iştirakçıları son bir neçə
həftədə qaradərililərə qarşı törədilən cinayətlərin irqi nifrətdən
doğduğunu iddia edirlər.
“Polis zorakılığının qarşısını almalıyıq. Bizim övladlarımızın
həyatı təhlükədədir. Polis onlara sadəcə bir hədəf taxtası kimi
atəş aça bilməz. Çünki onlar hədəf taxtası deyil”
Aksiya iştirakçıları polisləri “məhbus qatilləri” adlandırıblar.
Akisyada “ədalət bərpa olunmayınca, sülh də olmayacaq” şüarları
səsləndirilib. Etirazçılar məsələnin federal hökumət səviyyəsində
araşdırılmasını istəyiblər. “Yerli rəsmilərin dürüst
davranacaqlarına inanmıram. Buna görə federal hökumət məsuliyyət
daşıyır” - deyə etirazçılardan biri qeyd edib.
Bir müddət əvvəl Missuri ştatında polisin qaradərili yeniyetməni
öldürməsi də ölkə səviyyəsində irqi zəmində qarşıdurmalara səbəb
olmuşdu.
Associated Press
-
MDB15:07
Təhlükəsizlik qüvvələri əməliyyat keçirdi: Nazir rüşvət alarkən saxlanıldı
-
Sosial14:11
“Ermənilər Nizami Gəncəvinin başını oğurladılar”
-
Cənubi Qafqaz13:21
Rusiya Ermənistanda çevriliş hazırlayır - Paşinyanın deputatından şok açıqlama
-
Nida Xəbər 13:06
Hərbi qulluqçunun vəzifələri artırılır - Yeni qərar
-
Sosial12:46
Bu işçilərə kompensasiya ödəniləcək
-
Hadisə12:26
Tərtərdə dava zamanı ölən məktəblinin FOTOSU
-
Qarabağ 12:01
Oskanyan separatçılarla görüşdü: Avropada ona Qarabağla bağlı nə deyilib?
-
MDB11:49
“Qara siyahı” yaradılır: Aliment ödəməyənlərin adları açıqlanacaq