Yəhudilər İsraili soyqırımında ittiham edir
Bizi izləyin

Dünya

Yəhudilər İsraili soyqırımında ittiham edir

300-dən çox adam - Holokostdan zərərçəkənlər və onların varisləri "Qəzzada fələstinlilərin qırğınını" qınayan məktub yazaraq, beynəlxalq ictimaiyyəti İsrailə qarşı sərt tədbirlər görməyə çağırıblar.

Publika.az bildirir ki, bu barədə İsrailin "Ha-aretz" nəşri məlumat yayıb.

"Fələstin xalqının davam edən soyqırımı"na son qoyulmasına çağırıldığı məktubda vurğulanır ki, "soyqırımı beynəlxalq ictimaiyyətin sükutundan başlayır".

Məktubu imzalayanlar İsraili Qəzzaya tətbiq etdiyi embarqonu aradan qaldırmağa, dünya ictimaiyyətini isə "İsraili iqtisadi, mədəni və elmi cəhətdən boykot etməyə" çağırıblar.

Müəlliflər Amerika Birləşmiş Ştatlarını və bütövlükdə Qərbi də qınayıblar ki, onlar İsrailin hərbi əməliyyatlarını maliyyələşdirir və törətdiyi əməllərə görə onun beynəlxalq qınaq obyektinə çevrilməsinə imkan vermirlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm