Dünya
SON DƏQİQƏ: Kiyevə yaxın şəhərlər "Qrad" və "Smerç"dən ATƏŞƏ TUTULUR
Rusiya ordusu Kiyev vilayətinin bir sıra şəhərlərini "Qrad" və "Smerç"dən atəşə tutur.
Publika.az">Publika.az xəbər verir ki, bu barədə UNIAN məlumat yayıb.
İlkin məlumata görə, hücum zamanı 1 nəfər həlak olub, 1 nəfər yaralanıb.
Daxili İşlər Nazirliyinin məlumatında bildirilib ki, Rusiya hərbçiləri İrpen dövlət müəssisələrindən birini “Qrad”dan atəşə tutub, körpü dağıdılıb. Qurbanların sayı barədə məlumatlar dəqiqləşdirilir.
Bundan başqa, ruslar Kiyev vilayətinin Buçanski rayonunun Lıçanka kəndindəki yaşayış binalarını da “Qrado”dan atəşə tutub. Nəticədə 1 nəfər həlak olub.
Petruşka kəndinin sakinlərinin yaşayış evləri də zərbələrə məruz qalıb. Həlak olanlar barədə hələ ki, məlumat yoxdur.
Rus hərçilər "Smerç" raket sistemlərindən Makarov yaxınlığındakı Sitnyaki kəndinə hücum ediblər. Bir mülki vətəndaşın yaralanması ilə bağlı məlumat var.
Daxili İşlər Nazirliyi əlavə edib ki, Buça, İrpen, Makarov və Borodyanka istiqamətində döyüşlər davam edir.
UNIAN-ın əldə etdiyi məlumata görə, Rusiya ordusu Kiyev vilayətindəki Novıye Petrivtsi şəhərini də atəşə tutublar, nəticədə iki yaşlı uşaq ölüb, dörd nəfər yaralanıb. Atışma nəticəsində hündürmərtəbəli bina dağılıb, qonşu yaşayış binalarına ziyan dəyib.
Müdafiə Nazirliyinin məlumatına görə, Rusiya hərbi qüvvələrinin Kiyevə hücumu ehtimalı hələ də qalır.
Son sutka ərzində heç bir ciddi dəyişiklik baş verməyib. Kiyevətrafı qəsəbələrdə, xüsusən Qostomel, Buçansk və İrpin istiqamətində də vəziyyət dəyişməz olaraq qalır.
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi






























.jpg)


