Dünya
İran 2 yeni süni peykini təqdim etdi
Təqdim edilən yeni iki peykin əsas funksiyası telekommunikasiya və rabitə xidmətləridir.
İran Milli Kosmos günündə “Tədbir” və “Fars Körfəzi” adlı milli
peyklərini təqdim edib. AzVision.az-ın Mehr
agentliyinə istinadla verdiyi xəbərə görə, peyklərin təqdimat
mərasimində ölkənin müdafiə naziri Hüseyn Dehqan və Həsən Ruhaninin
icra məsələləri üzrə müavini Hüseyn Şəriətmədari də iştirak
ediblər.
"Fars Körfəzi” adlanan peyk ölkənin Malik Əştər sənaye
universiteti tərəfindən istehsal edilib. Mənbənin məlumatına görə,
“Tədbir” adlanan peyk isə İran sənaye və elm universitetinin kosmik
araşdırmalar mərkəzinin vasitəsilə ərsəyə gətirilib və 100 faiz
ölkədaxili məhsuldur.
Təqdim edilən yeni iki peykin əsas funksiyası telekommunikasiya
və rabitə xidmətləridir.
Bildirək ki, İran istehsal etdiyi ilk peyki "Ümid"-i 2009-cu il fevralın 3-də "Səfir" raket daşıyıcısı ilə orbitə buraxıb. Həmin hadisə fevralın əvvəlində İranda İslam İnqilabının 30-cu ildönümünə təsadüf edib və o gündən etibarən 3 fevral İranda Milli Kosmos günü kimi qeyd edilməyə başlayıb.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR