Dünya
İngiltərədə İŞİD qorxusu
İngiltərə “İslam Dövlət” (İŞİD) terror qruplaşmasına üzv
olan ingilislərin sayının artmasından və onların nə vaxtsa öz
ölkələrində terror aktları törədə biləcəklərindən ehtiyat
edir.
Publika.az-ın "Reuters"ə istinadən məlumatına görə, London polis
müstəntiqlərindən olan Hoqan Hou İngiltərənin terrorla mübarizə
sahəsində gördüyü tədbirləri nəzərdən keçirməli olduğunu
bildirib.
“Bizim əsl qorxu mənbəyimiz, İngiltərədən Suriyaya və İraqa
döyüşməyə gedənlərin sayıdır. Ən az 500-600 nəfərin getdiyini
düşünürük. Bəziləri geri qayıdıb. Gözümüz onların üstündədir. Bir
terrorist şəbəkəsi içindədirlər. Bu, bizdə narahatlıq yaradır.
Çünki onların 2/3-nin London ərazisində yaşadığını güman edirik. Bu
isə böyük bir rəqəmdir.” – deyə polis komissarı narahatlığını dilə
gətirib.
Qeyd edək ki, bir neçə gün əvvəl ABŞ nümayəndələri də ölkələrindən
İŞİD-ə üzv olma sayının artmasına görə narahatlıq hissi
duyduqlarını bildirmişdilər.
-
Region13:53
Türkiyədə əcnəbilərə qarşı sərt tələb - Ərdoğana müraciət edildi
-
İdman13:28
Təbriz klubunu atıb qaçdı: Görün qızı başına nə oyun açdı - FOTOLAR
-
İdman12:43
Ronaldonun keçmiş sevgilisi pərəstişkarlarını dəli etdi - FOTOLAR
-
Hadisə12:18
Lökbatanda MÜƏMMA: Qəsəbənin 3 gənc sakini bir gecədə öldü - FOTO
-
Magazin111:43
"Pozğunluğun reklamı yüksək səviyyədə idi"
-
Sosial11:13
Hoteldə ölən 4 dost haqda ilginc faktlar: Prezident ev vermişdi
-
Dünya10:32
Ərdoğanın bu sözləri Yunanıstanda manşet oldu: Hər kəsin diqqəti ona yönəldi
-
Qoroskop09:42
Sevdiyini anında unudub yeni eşqə yelkən açan ÜÇ BÜRC