Dünya
İŞİD-dən daha bir edam
İraqın Anbar vilayətində 'Sahva Gücləri' üzvü olduğu
iddia edilən 4 nəfər İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatı
üzvləri tərəfindən güllələnərək qətlə yetirilib.
ANS PRESS-in məlumatına görə, IŞİD terror təşkilatı Suriya və
İraqda həyata keçirdiyi fəaliyyət ilə edamlar edib görüntüləri
sosial şəbəkədə yaymağa davam edir. İraqın Anbar vilayətində ələ
keçirdikləri “Sahva” üzvü olduqları iddia edilən 4 adamı sorğulayan
terror təşkilatı üzvləri, onlara məcburən, döyərək “Sahva” üzvü
olduqlarını etiraf etdirməyə çalışır.
Videoda danışıqlarına əsasən Tunis, Mərakeş və misirli olmaları
ehtimal edilən İŞİD üzvləri, 4 nəfərə silah gücü ilə 'İslam Dövləti
əbədidir' dedirtmək istəyir. Bu zaman döyülənlərdən biri və daha
sonra digər üçü ilə birlikdə yolun kənarında gülləyə tutularaq edam
edilir.
Qeyd edək ki, Sünni Ərəb tayfa mənsublarından ibarət olan "Sahva
Gücləri” 2007-ci ildə ABŞ tərəfindən qurulan silahlı asayiş
qoruyucusu təşkilatıdır və “İŞİD” üzvlərinin bir nömrəli düşmənləri
sırasındadır.
-
Nida Xəbər 17:05
Azərbaycanda vəzifəli şəxslər cinayət başında belə yaxalandılar - VİDEO
-
Sosial16:38
Azərbaycanda ardıcıl 5 gün iş olmayacaq - RƏSMİ
-
Cənubi Qafqaz16:21
Ermənistan qoşunlarını Göyçə gölünün ətrafından çıxarır
-
Sosial15:46
Bakıda kirayəçi yaşadığı evi mənimsədi - VİDEO
-
Rəsmi xronika15:15
Prezident bu qanuna dəyişiklik etdi
-
Hadisə15:00
Kəlbəcərdə dəhşətli hadisə: ölən var
-
Pul14:40
Bu qərar mayın 2-dən qüvvəyə minir: Kredit faizləri azalacaq?
-
ABŞ14:05
ABŞ-dan gözlənilməz açıqlama: Rusiya ilə müharibə...