Zelenski BMT-dən kömək istədi
Bizi izləyin

Dünya

Zelenski BMT-dən kömək istədi

Ukrayna Prezidenti Volodimir Zelenski ilə Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş arasında telefon danışığı baş tutub.

Publika.az">Publika.az "Əl-Cəzirə" telekanalının saytına istinadla xəbər verir ki, Volodimir Zelenski Birləşmiş Millətlər Təşkilatının rəhbərindən Mariupolda yerləşən Azovstal zavodundakı yaralıların təxliyəsinin təşkili üçün kömək istəyib.

Həmçinin Ukrayna Prezidenti Antonio Quterreşə BMT və Qırmızı Xaç Komitəsinin rəhbərliyi ilə həyata keçirilən uğurlu təxliyə prosesinə görə minnətdarlığını bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm