Dünya
G7-dən Rusiya qarşı YENİ PLAN
“Yeddilik” qrupunun (G7) maliyyə nazirləri ikinci dərəcəli sanksiyaların tətbiqi imkanlarını, eləcə də enerji qiymətlərinə mənfi təsirləri azaltmaq üçün Rusiyanın neft gəlirlərini məhdudlaşdırmağın digər yollarını müzakirə ediblər.
Publika.az "Bloomberg"ə istinadla xəbər verir ki, bu barədə cümə axşamı ABŞ-ın maliyyə naziri Canet Ellen Almaniyada olarkən bildirib.
“ABŞ artıq Rusiyadan neft idxalına qadağa qoyub və Aİ ölkələri də eyni addımı atmaq niyyətindədirlər, lakin tədricən, növbəti il ərzində”, - bəyanatda deyilir.
"Bundan əlavə, G7 nümayəndələri Rusiya neftinin qiymətinə məhdudiyyətlər təyin etmək üçün ikinci dərəcəli sanksiyaların tətbiqini də müzakirə ediblər", - Ellen bildirib.
ABŞ maliyyə nazirinin sözlərinə görə, G7 toplantısında Rusiya neftinin qiymətini sabitləşdirməyə və Moskvanın gəlirlərini minimuma endirməyə kömək edəcək qondarma “alıcı kartel”in formalaşdırılması da müzakirə edilib:
"Mən də daxil olmaqla, bir çox insanlar bunu iqtisadi baxımdan maraqlı hesab edirlər, lakin əslində bu ideyanın həyata keçirilməsi çətin məsələdir və bütün bu məsələlər hələ də həllini tapmayıb".
-
Hadisə16:16Müslüm Qurbanov vəfat etdi
-
Avropa15:37Avropada nə baş verir: Böhran daha da dərinləşə bilər - TƏHLİL
-
Avropa15:15Niderlandda sovet abidəsi ikinci dəfə təhqir edildi
-
Magazin215:06Sosial şəbəkələr bu fotonu danışır: 57 yaşlı ulduz tam soyundu - Foto
-
Avropa14:57Almaniya DİN-dən iğtişaşlara görə sərt cəza vədi
-
İdman14:48“Kəpəz”də qalmaqal: Mühafizə xidmətinin rəisi veteran futbolçunu döydü
-
MDB14:30Zelenski: "Biz Putinlə Türkiyədə görüşü dəstəkləyirik"
-
Hadisə13:45Bakıda jurnalisti döyən mühafizəçi saxlanıldı

















.jpg)













.jpg)
