Dünya
Akar Şoyqu ilə regional müdafiədən DANIŞI
Türkiyənin milli müdafiə naziri Hulusi Akar ilə Rusiyanın müdafiə naziri Sergey Şoyqu arasında telefon danışığı olub.
Publika.az">Publika.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.
Məlumata əsasən, nazirlər Ukrayna və Suriya başda olmaqla ikitərəfli və regional müdafiə və təhlükəsizlik məsələlərini müzakirə ediblər.
Türkiyəli nazir daha çox insan tələfatının qarşısının alınması, regionda sülhün və sabitliyin bərpası, pisləşən humanitar vəziyyətin yaxşılaşdırılması üçün dərhal atəşkəsin vacibliyini vurğulayıb.
Danışıq zamanı ərzaq böhranı ilə bağlı taxıl, günəbaxan və digər kənd təsərrüfatı məhsullarının təhlükəsiz daşınması üçün görülə biləcək tədbirlər ətrafında fikir mübadiləsi aparılıb. Humanitar yardımlarda hər cür dəstəyi verməyə çalışan Türkiyənin indiyə qədər etdiyi kimi bölgədə sülhün bərqərar olması üçün üzərinə düşəni etməyə hazır olduğu bir daha ifadə olunub.
Suriya məsələsinin də müzakirə olunduğu danışıq zamanı bölgədə sabitliyi pozmağa yönəlmiş addımların artmasına qarşı lazımi cavabın veriləcəyi, terrorçuların bölgədə olmasının qəbuledilməz olduğu vurğulanıb.
Bununla bağlı əvvəlki razılaşmalara əməl edilməli olduğu xatırladılıb.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu