Dünya
Qonşuda həqiqi hərbi xidmətin müddəti azaldılır
Gürcüstanda çağırışçılar üçün Milli Hərbi Xidmətin yaradılması planlaşdırılır. Sözügedən xidmətdən yararlanan əsgərlər üçün hərbi xidmət müddəti 12 aydan 8 aya endiriləcək.
Publika.az xəbər verir ki, bu barədə qonsu ölkənin müdafiə naziri Cuanşer Burçuladze parlamentdəki çıxışında bildirib.
Onun sözlərinə görə, Milli Hərbi Xidmətin yaradılması ilə gənclər yüksək səviyyədə ilkin döyüş hazırlığı keçmək imkanı əldə edəcəklər:
“Milli hərbi xidməti yalnız Müdafiə Nazirliyi sistemində keçmək mümkün olacaq. Bu o deməkdir ki, gənclərimiz yüksək səviyyədə ilkin döyüş hazırlığı keçəcək, xidmət müddətində yalnız hərbi tapşırıqları yerinə yetirəcək və bununla da ehtiyatda müvafiq baza yaradılacaq. Bu isə gənclərdə ən qısa müddətdə zəruri hərbi vərdişlərin formalaşdırılması və ölkənin təhlükəsizliyinin artırılması deməkdir”.
Qeyd edək ki, sözügedən qərar yalnız Müdafiə Nazirliyinin Milli Hərbi Xidmət proqramında hərbi xidmət göstərən şəxslərə şamil ediləcək. Gürcüstan qanunvericiliyinə əsasən ölkə vətəndaşı olan 18-27 yaş arasındakı kişilər 12 aylıq həqiqi hərbi xidmət keçməlidirlər.
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi













.jpg)



















.jpg)

.jpg)
