Dünya
ABŞ İŞİD-ə 123 aviazərbə endirdi
ABŞ ordusu dünən və bu gün Mosul bəndi yaxınlığında
yerləşən "İslam Dövləti" (İŞİD) terror qruplaşmasına aid mövqelərə
hava hücumları təşkil edib.
ANS PRESS-in məlumatına görə, Amerika Birləşmiş Ştatları (ABŞ)
Silahlı Qüvvələri Mərkəzi Komandanlığı verdiyi açıqlamada, uzaqdan
idarə edilən pilotsuz qırıcı təyyarələrlə həyata keçirilən
hücumlarda, İŞİD silahlılarına aid 3 yük avtomobilinin məhv
edildiyi, birinin isə yararsız hala gətirildiyi, bir zirehli
texnikanın və bir artilleriya qurğusunun sıradan çıxarıldığı
bildirilir.
Ötən gün isə Əmirli yaxınlığında baş tutan hücumda İŞİD-ə aid bir
tankın zərərsizləşdirildiyi, Mosul bəndi yaxınlığındakı hücumda isə
terrorçu qruplaşmaya aid bir silahlı texnikanın məhv edildiyi
haqqında məlumat verilmişdi.
Əməliyyatı uğurla başa çatdıran qırıcı təyyarələr daha sonra həmin
bölgədən təhlükəsiz şəkildə uzaqlaşıblar.
Bundan başqa, ABŞ Silahlı Qüvvələri Mərkəzi Komandanlığı ordunun
avqustun 8-dən bəri İraqda 123 hava hücumu təşkil etdiyi barədə
məlumat verib.
Qeyd edək ki, ABŞ Prezidenti Barak Obama orduya İŞİD terror
qruplaşmasına qarşı hava hücumlarının həyata keçirilməsi üçün tam
səlahiyyət verib.
-
Region22:42
Türkiyə ordusu şəhid verdi
-
İKT20:50
Telekanallarla bağlı statistika AÇIQLANDI - Ən çox bu verilişlər...
-
Region20:40
"Xarici agentlər haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul edildi
-
Magazin120:30
"Komedixana"nın aktrisası rəqsi ilə diqqət çəkdi - VİDEO
-
Hadisə19:00
Sumqayıt qatarının şüşəsini sındıranlar müəyyən olundular
-
Hadisə18:40
Füzulidə YANĞIN: tüstüdən zəhərlənən var
-
Sosial18:00
Ən çox boşanan 2 bürc: onların 40 yaşdan sonra həyatları dəyişəcək
-
Nida Xəbər 17:05
Azərbaycanda vəzifəli şəxslər cinayət başında belə yaxalandılar - VİDEO