Dünya
Türkiyə 400 milyard dollarlıq təbii qaz kəşf etdi: "Hələ hamısı deyil..."
“Qara dənizdəki təbii qazın bazar dəyəri 400 milyard dollardır. Quyulardan maksimum hasilat 2026-cı ildə olacaq və Türkiyənin enerji istehlakının 35 faizi buradan qarşılanacaq”.
Publika.az xəbər verir ki, bunu Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Fatih Dönməz deyib.
Nazir bildirib ki, 2023-cü ilin mart ayının sonunda gündəlik 10 milyon kubmetrlik ilkin hasilat gözlənilir: “İkinci mərhələdə 40 milyon kubmetr hədəfləyirik. 2026-cı ilə qədər ev təsərrüfatlarının bütün enerjisi buradan qarşılanacaq. 25-30 il yaşayış evlərində istifadə olunan qazın hamısı Qara dənizdən çıxacaq. Vətəndaşlarımızın rahatlığı bizim üçün prioritet məsələlərdən biridir”.
Fatih Dönməz bütün işlərin eyni vaxtda həyata keçirdiyin də qeyd edib: “Onlardan birinin bitməsini gözləsəniz, layihə 10 il çəkəcək. Gələn ilin birinci rübündə qazı təhvil verəndə bir çox sahədə rekordlar qıracağıq. Cəmi 540 milyard kubmetr qaz aşkar etmişik.
Axtarışlarımız Qara dənizlə məhdudlaşmır. Biz Şərqi Aralıq dənizində fokuslanmışıq. İraq və İsrail qazının nəqli ilə Türkiyə əhəmiyyətli bir enerji bazasına çevriləcək
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO





























