Dünya
Aclıq təhlükəsi var: "HƏMRƏYLİK DƏHLİZİ" yaradılacaq
Odessa taxıl ixracında əsas rol oynayır, ona görə də taxılın daşınması üçün “həmrəylik dəhlizləri” lazımdır.
Publika.azxəbər verir ki, bunu AB-nin Ukraynadakı məsləhət missiyasının sədr müavini Frederik Uesslau deyib.
O bildirib ki, müharibəyə görə Ukraynanın taxıl ixrac etmək imkanı yoxdur və hazırda ixracın sadələşdirilməsi üçün “həmrəylik dəhlizləri”nə ehtiyac var:
"Taxıl daşıyan yük maşınlarının dövlət sərhədindən daşınmasının sürətləndirilməsi və sadələşdirilməsi nəzərdə tutulub. Bu, Ukrayna və Rumıniya hökumətləri arasında taxıl daşınmasını sürətləndirmək üçün daha çox nəzarət-buraxılış məntəqələrinin açılması ilə bağlı danışıqlara təkan verəcək. Qara dənizin blokadası bütün dünyada vəziyyətə çox mənfi təsir edir, aclıq təhlükəsi yaradır. Ona görə də sivil dünya Ukraynadan ixracın təmin edilməsində maraqlıdır. Təbii ki, taxıl ixracında əsas rolu Odessa oynayır. Avropalı tərəfdaşlar Ukrayna hökumətilə birlikdə taxılın sərhəddən necə daşınmasına dair müxtəlif imkanları müzakirə edirlər". (Axar.az)
-
İdman21:39“Barselona” Bakıda: Hansı futbolçular gəldi?
-
Ekopublika.az19:30Maaşda Bakını üstələyən rayon və şəhər hansıdır?
-
Dünya18:30“Nvidia”da sensasiyalı dönüş: Huanq vəzifəsinə qayıtdı
-
İqtisadi gündəm17:30Ev təsərrüfatlarının uçotu regionların inkişafına necə təsir edəcək?
-
Rəsmi xronika16:20Prezident İlham Əliyev Trampa təşəkkür etdi
-
Nida Xəbər 15:58Baş nazir bu şəxsi sədr təyin etdi - FOTO
-
Rəsmi xronika14:28Hərbçilərin rütbə alması ilə bağlı yeni qayda təsdiqləndi - Müddət azaldılır
-
Hadisə13:27Ada Süleymanla birgə həlak olan sürücü onun nəyidir?











.jpg)






.jpg)




.jpg)



.jpg)







