Dünya
Rusiya qlobal aclıqla oynamağı dayandırmalıdır - Katerina Kolonna
"Rusiya Ukrayna limanlarını bağlamağı dayandırmalıdır, çünki bu, dünyada aclığa səbəb ola bilər".
Publika.az xəbər verir ki, bunu Fransanın Xarici işlər naziri Katerina Kolonna Lüksemburqda Avropa İttifaqının xarici işlər nazirlərinin görüşündə jurnalistlərə deyib.
"Rusiya qlobal aclıqla oynamağı dayandırmalıdır", - Fransanın xarici işlər naziri deyib.
O, həmçinin vurğulayıb ki, Rusiya Ukrayna limanlarını bloklamağı və Ukraynada saxlama infrastrukturunu məhv etməyi dayandırmalıdır.
Nazirin sözlərinə görə, Fransa BMT baş katibinin səylərini və Qara dəniz vasitəsilə Ukraynadan taxıl ixracının asanlaşdırılmasına dair sazişin tapılmasında Türkiyənin xüsusi rolunu qətiyyətlə dəstəkləyir.
"Ukrayna taxılının blokada qalması ilə bağlı bir çox risk var, bu, dünyada sabitlik üçün təhlükəlidir", - Kolonna bildirib.
O qeyd edib ki, Ukrayna taxılının ixracının qarşısının alınması məsələsi Aİ xarici işlər nazirləri arasında danışıqların mərkəzində olacaq.
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı











.jpg)



















.jpg)

.jpg)