Dünya
Moskva Putinlə Barrozunun söhbətinin audioyazısını açıqlayacaq
Rusiya Federasiyası prezident Vladimir Putinlə Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozunun telefon söhbətinin audioyazısını açıqlamağa hazırdır.
Publika.az-ın İTAR TASS xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın Avropa Birliyindəki daimi nümayəndəsi Vladimir Çijova Avropa Komissiyasının prezidentinə yazdığı məktubunda bildirib.
Xatırladaq ki, İtaliyanın “La Repubblica” qəzeti V.Putinin iki həftəyə Kiyevə ala biləcəyi ilə bağlı Qərbə xəbərdarlıq etdiyini bildirib. Qəzet bunu Avropa İttifaqı (Aİ) liderlərinin ötən şənbə günü keçirilən toplantısında gedən müzakirələrə istinadən yazıb.
Ötən şənbə günü Aİ liderləri Rusiyanın Ukraynanın şərqinə minlərlə əsgər və yüzlərlə hərbi texnika göndərməsinə cavab olaraq Moskvaya qarşı yeni sanksiyaları müzakirə ediblər. Qəzetin yazdığına görə Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozu Putinin telefon söhbəti zamanı hansı təhdidlərlə çıxış etdiyini danışıb. Barrozu deyib ki, o, Putindən rus qoşunlarının Ukraynaya müdaxiləsi haqda soruşmağa cəhd edib. Lakin Rusiya prezidenti dərhal hədələməyə başlayıb və bildirib: “Problem ondadır ki, əgər mən Kiyevi almaq istəsəm, bunu cəmi iki həftəyə edərəm”.
Putinin Barrozu ilə telefon danışığı zamanı Kiyevi almaqla hədələdiyini “Financial Times” qəzetinə Aİ-dəki yüksək rütbəli diplomatik mənbə də təsdiq edib. Mənbə deyib ki, Putin Barrozuya belə deyib: “Əgər mən doğrudan da Ukraynaya hücum etsəydim, Kiyevi iki həftəyə alardım”.
Rusiya prezidentinin köməkçisi Yuri Uşakov isə bu fikirlər kontekstdən çıxarılaraq yanlış izah edildiyini bildirib. "İtaliyanın “La Repubblica” qəzeti də daxil olmaqla bəzi KİV-lər prezident Putinlə sizin telefon söhbətiniz haqqında şərhlər dərc edir. Mənə məlumdur ki, Rusiya Prezident Administrasiyası sözügedən telefon söhbəti ilə bağlı audioyazıya malikdir. Əgər ən yaxın iki gün ərzində etirazını bildirməsəniz həmin audioyazını açıqlamağa hazırıq”, - məktubda deyilir.
Ömər Dağlı
-
Qoroskop07:35Avqustda 4 bürcə pul gələcək
-
Magazin206:46Məşhur müğənni bazarda belə görüntüləndi: Hamam lifi satır - Foto
-
Avropa05:45Fransanın hərbi zavodlarında ard-arda partlayışlar ola bilər - Təhlükə böyüyür
-
Kriminal01:40Tiktoker "Çevik" həbs edildi
-
Hadisə01:20Abşeronda binada yanğın oldu: sakinlər təxliyə edildi - Yeniləndi
-
Sosial27 İyul 22:46Azərbaycanın bu bölgəsində ev quşları kütləvi şəkildə tələf olur - Nə baş verir?
-
Dünya27 İyul 22:18Heç kim Türkiyəyə "F-35" tədarük etməyimizə mane ola bilməz - Tramp
-
Magazin127 İyul 20:36Əməkdar artistdən haqqında yayılan xəbərlərə reaksiya - Həmin ilan ölməyib...










.jpg)






.jpg)















