Dünya
Elçiliyə getdi, istədiyi qızı öldürdü
Türkiyənin Gümüşhanə vilayətində iki qohum ailə arasında
qan tökülüb.
Publika.az-ın "Haberturk" saytına istinadən məlumatına görə,
Gümüşhanə vilayətinin Şiran rayonunda evlənmək istədiyi qızgilə
elçiliyə gedən gənc oğlan rədd cavabı aldıqdan sonra qızı vuraraq
öldürüb.
Hadisənin yaranmasına səbəb ailələr arasında baş verən mübahisə
olub. Bir dəfə də ailəsi ilə elçiliyə gələn Tacəddin adlı gənc
yenidən rədd cavabı alması ilə əsəblərinə hakim ola bilməyib.
Beləcə, tərəflər arasında mübahisə yaranıb və mübahisənin
qızışdığını görən gənc, üzərində gəzdirdiyi silahı çıxararaq atəş
açıb və onun açdığı atəş istədiyi qıza tuş gəlib.
Ağır yaralanan qız Şiran Dövlət Xəstəxanasına çatdırılıb. Orada
həkimlərin ilk müdaxiləsindən sonra ağır yaralı vəziyyətdə Ərzurum
Təhsil və Araşdırma Xəstəxanasına köçürülüb. Gənc qız həkimlərin
göstərdiyi səylərə baxmayaraq, aldığı güllə yarasından dünyasını
dəyişib.
Cinayətkar gənc isə hüquq-mühafizə orqanları tərəfindən
saxlanılıb.
-
Region8 May 23:58
Putinlə Paşinyanın görüşü başladı
-
Hadisə8 May 23:34
Xırdalanda küçə itləri qadını dişlədi - ANBAAN VİDEO
-
İdman8 May 23:22
"Real" "Bavariya"ya qarşı - CANLI
-
Hadisə8 May 21:59
Hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq buna görə təşkil edilibmiş... - FOTO
-
Qoroskop8 May 20:55
Yeni ay bu 3 bürcü sevindirəcək – Şans onlardan yanadır
-
Magazin18 May 19:40
“Mənə Avroviziyadan yazana söyüş qoymuşam” - Aparıcı
-
Kriminal8 May 18:30
Tanınmış modeli döyməkdə təqsirləndirilən biznesmendən xəbər var - Külli miqdarda pul mənimsəyib?
-
İdman8 May 17:49
Dünya çempionu Messinin yanına gedir? - Müəmmalı paylaşım