Dünya
İmam xətiblərdə ərəbcə olar, türkcə yox – “Türkcə öldü”
Türkiyənin Dini Təhsil İdarəsinin müdiri Nafiz Yılmaz sinifdə, dərsdə, tənəffüsdə türkcə danışılmamasını istəyib. Həmçinin tətillərdə də türkcə danışmağın ərəbcə öyrənməyə problem yaratdığını deyib.
Publika.az Cümhuriyyət.com.tr-yə istinadən xəbər verir ki, Nafiz açıqlamasında bu cür yasaqlar nəticəsində “şagirdlərimiz ərəb dilini çox sevirlər. Yuxularında belə ərəbcə danışanlar var” deyib.
Türkiyə Milli Təhsil Nazirliyi imam xətib məktəblərində türkcə danışmağı qadağan edib. Dini təhsili idarəsinin müdiri Nafiz Yılmaz açıqlamasında deyib: “Ərəbcə öyrənən zaman ikinci bir dildən istifadə etməmək vacibdir. Təməl qanun olaraq ilk dərsdən etibarən ərəbcə danışan zaman dili daha tez qavramaq olur. Şagirdlər müəllimləri ilə yalnız ərəbcə dialoq quracaqlar. Ya danışarlar, ya da yanında tərcüməçi gətirərlər”.
Açıqlamasına “Türkcə öldü” cümləsi ilə başlayan Nafiz özünün də müəllim olduğu zaman bu cür üsuldan istifadə etdiyini bildirib. O, “təcrübəsinə əsaslanaraq” şagirdlərin çıxılmaz vəziyyətdə qalarkən istər-istəməz ərəbcə danışdıqlarını, hətta yuxularında belə ərəbcə danışanların olduğunu deyib.
Xatırladaq ki, Türkiyədə dini təhsil verən 952 imam xətib məktəbi var və bu məktəblərdən hər il 675 min nəfər məzun olur.
Vüsal Tağı
-
ABŞ18:20Trampdan Hörmüz boğazı ilə bağlı açıqlama - Bunun üçün pul alacağıq
-
İqtisadi gündəm14:56Qızıla yatırım etmək istəyənlərin nəzərinə: Ən sərfəli variant açıqlandı
-
Nida Xəbər 13:53Prezidentin Mətbuat Xidməti forumla bağlı videoçarx paylaşdı
-
Rəsmi xronika12:00Belə avtomobillə heç yerə getmərəm - Prezident
-
MDB10:50Ukrayna kəşfiyyatı dronları Rusiya ərazisinə belə daşıyırmış – FSB üstünü açdı
-
Qoroskop10:13Ən kinli 5 bürc: Onlardan bağışlanmaq gözləməyin
-
Rəsmi xronika08:46İlham Əliyevin iştirakı ilə Forum canlı yayımlanacaq
-
Art08:00Məhəbbət Kazımov məşhur mahnısını niyə bir daha ifa etmədi? - Bilinməyən həqiqətlər / VİDEO









.jpg)























