Dünya
Planetimiz TƏHLÜKƏDƏ: güllədən 17 dəfə sürətli asteroid GƏLİR
ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) iyulun 30-da "2016 CZ31 asteroidinin Yerin yanından keçəcəyini bildirib.
Publika.az xəbər verir ki, bu barədə NASA-nın Reaktiv Sürət Laboratoriyası (JPL) məlumat yayıb.
Bildirilib ki, kosmik daşın diametri təxminən 122 metrdir. O, şənbə günü Bakı vaxtı ilə saat 03:02-də 2,8 milyon kilometr məsafədə Yerə mümkün qədər yaxınlaşacaq.
Qeyd edilir ki, asteroidin sürəti saatda təxminən 55.500 km-dir ki, bu da tüfəngdən atılan güllədən təxminən 17 dəfə, ildırımdan isə təxminən beşdə bir daha sürətlidir .
Bu asteroid "potensial təhlükəli" hesab edilmir, çünki onun uzunluğu 150 metrdən çox deyil, baxmayaraq ki, iyulun 30-da onun planetimizdən maksimal məsafəsi 7,5 milyon kilometrdən az olacaq. "Potensial təhlükəli" kimi təyin olunmaq üçün hər iki parametrə cavab verməlidir.
Xatırladaq ki, "2022 KY4" asteroidi iyulun 17-də Yer kürəsinin yanından keçib.
Hüseyn İbadlı
-
Pul04:44“Qara cümə” öncəsi fırıldaqçıların hiylələri üzə çıxdı
-
Avropa02:42Rusiya Odessanı vurdu - Ölənlər və xəsarət alanlar var
-
Magazin201:11Türkiyədə yeni HƏBS DALĞASI - Özcan Dəniz, Deniz Çakır və Burcu Özberk saxlanıldı
-
Qoroskop00:15Günün ulduz falı - Keçmişdə qalmış xatirə yenidən canlana bilər
-
Art00:00Əməkdar artist çayla əsərlər yaradırmış -
-
Sosial24 Noyabr 23:15Leyla Əliyeva qızı ilə Nəbatat bağında - FOTO
-
Sosial24 Noyabr 23:12Axtarışa verilən 2-ci sinif şagirdinin meyiti körpü altında tapıldı
-
Sosial24 Noyabr 21:47Azər Zahidin ölkədən çıxışına qadağa qoyuldu






























