ABŞ-dan yeni gömrük zərbəsi - Hədəfdə dünya nəhəngləri var
Bizi izləyin

ABŞ

ABŞ-dan yeni gömrük zərbəsi - Hədəfdə dünya nəhəngləri var

ABŞ-dan yeni gömrük zərbəsi - Hədəfdə dünya nəhəngləri var

ABŞ Prezidenti Donald Trampın administrasiyası Çin, Avropa İttifaqı, Yaponiya, Cənubi Koreya və daha ondan çox ölkədən idxal olunan mallara gömrük rüsumlarının artırılacağını elan etməyi planlaşdırır.

Publika.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) məlumat yayıb.

Yeni tədbirlərin rəsmi əsasını dövlətin sənaye subsidiyaları ilə bağlı aparılan araşdırma təşkil edir. İddia olunur ki, bu subsidiyalar artıq istehsal güclərinin yaranmasına səbəb olur və Amerika istehsalçılarına zərər vurur.

Qəzetin məlumatına görə, Avropa İttifaqı ölkələri, Yaponiya və Cənubi Koreya üçün rüsum dərəcələri 15 faizə qədər təşkil edə bilər. Çin, Hindistan və Vyetnam üçün isə bu göstərici daha yüksək olacaq. Yeni tariflər iyul ayında tətbiq edilmiş 10-12,5 faizlik mövcud gömrük rüsumlarına əlavə olunacaq.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm