Baş nazirin başı QALMAQALDA
Bizi izləyin

Dünya

Baş nazirin başı QALMAQALDA

Finlandiyanın xanım baş naziri gecə ziyafətində iştirak etdiyinə görə qınaq obyektinə çevrilib.

Publika.az "Telegram-kanal"a istinadla xəbər verir ki, sosial şəbəkələrdə Finlandiyanın baş naziri Sanna Marinin Helsinkidəki gecə klublarının birində rəfiqələrinin və tanışlarının əhatəsində əyləndiyi əks olunan videogörüntüləri yayımlanıb.

Sosial şəbəkə istifadəçiləri şərhlərdə qeyd edirlər ki, videoda xanım Sannanın dostları ilə narkotikadan danışdığı eşidilir. Marinin özü isə həmin ziyafətdə az miqdarda spirtli içki qəbul etdiyini və qadağan olunmuş narkotik maddədən istifadə etmədiyini, bu barədə danışmadığını açıqlayıb.

Buna baxmayaraq, finlər ölkədə yaşanan böhranın fonunda baş nazirin bu davranışını kəskin tənqid edib və hətta Sanna Marini tutduğu postu tərk etməyə çağırıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm